
Saxta pul hazırlayan Astara sakini saxlanılıb.
Gününsəsi.info xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olan məlumat əsasında Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilən əməliyyat tədbiri nəticəsində Astara rayon sakini Gündüz Əliyev saxta 9900 manatı 2000 manata satmaq istəyən zaman cinayət başında yaxalanıb. Saxlanılan şəxsin Bakı şəhərində qaldığı mənzilə baxış zamanı oradan da əlavə olaraq saxta pul əskinasları, onların hazırlanması üçün istifadə olunan xüsusi avadanlıqlar və digər maddi sübutlar aşkar olunaraq götürülüb. Keçirilən xüsusi ekspertiza zamanı müəyyən edilib ki, aşkar edilən saxta manatlar həqiqi əskinaslardan heç də çox fərqlənmir. Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Gününsəsi.info












