ATƏT-in qurumları Ukraynada işini davam etdirəcək

  • By admin
  • 13 Fevral 2022 21:15

ATƏT-in Ukrayna üzrə Xüsusi Monitorinq Missiyası bu ölkədə öz mandatını dayandırmadan yerinə yetirməyə davam edəcək.

Gununsesi.info xəbər verir ki, bunu ATƏT-in baş katibi Helqa Şmid deyib.

“Mən ATƏT-in Xüsusi Monitorinq Missiyası və ATƏT-in Ukraynadakı Layihə Əlaqələndirici Ofisinin müstəsna işinə görə çox minnətdaram. Onlar öz mandatlarını fasiləsiz yerinə yetirməyə davam edəcəklər”, – Şmid tviter səhifəsində vurğulayıb.

Bundan əvvəl bəzi KİV-lər xəbər veriblər bir sıra ölkələr ATƏT müşahidəçilərini yenidən yerləşdirmək qərarına gəliblər.

 

Gununsesi.info