ATƏT-in sabiq həmsədri vəfat etdi

  • By admin
  • 19 Aprel 2018 10:38

ATƏT-in Minsk qrupunun sabiq fransalı həmsədri Bernar Fasye vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkədə Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva yazıb. O B. Fasyeni Azərbaycanın dostu kimi təqdim edib və bu ölümdən təəssüfləndiyini deyib.

Qeyd edək ki, B.Fasye 2004-cü ilin sonundan 2011-ci ilədək ATƏT-in Minsk qrupunun həmsədri olub.

Gununsesi.info