Ali təhsil müəssisələrinə ixtisas seçimi zamanı seçimin ardıcıllığı çox vacibdir.
Gununsesi.info xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə sosial mediada canlı yayımda çıxışı zamanı deyib.
O, ixtisas seçimi zamanı abituriyentlərin ən çox etdiyi səhvlərdən danışıb:
“Bəzən abituriyentlər birinci yerdə ödənişli ixtisası, ikinci yerdə dövlət sifarişli ixtisası yazırlar. Belə faktlarla tez-tez qarşılaşırıq. Bu halda abituriyentin topladığı bala birinci yazılan uyğundursa o avtomatik ödənişli ixtisasa qəbul olunacaq. Tövsiyə edirəm ki, abituriyentlər, valideynlər “Abituriyent” jurnalının 4-cü nömrəsini əldə etsinlər”, – o vurğulayıb.












