ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi istefa verdi

  • By admin
  • 22 Fevral 2018 15:14

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin istefa verib.

Gununsesi.info apa-ya istinadən məlumat verir ki, bu barədə o bu gün Vyanada ATƏT PA-nın qış sessiyasında hazırladığı yekun hesabatın təqdimatı zamanı bildirib.

K. Vigenin deyib ki, ATƏT PA-nın prezidenti Gerogi Tsereteliyə bu gün yerli vaxtla saat 12:00-dan xüsusi nümayəndə vəzifəsindən istefa etməsi barədə müraciət edib.

O, istefa verməsinin səbəbini bütün səyini Siyasi Məsələlər və Təhlükəsizlik komitəsindəki məruzəçi vəzifəsinə yönəlmək niyyəti ilə əlaqələndirib.

Gununsesi.info