ATƏT sədrinin Cənubi Qafqazdakı xüsusi nümayəndəsinin mandatı uzadılıb

  • By admin
  • 12 Yanvar 2018 16:00

ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Günter Baxlerin mandatı uzadılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı trend-ə ATƏT-in İtaliya sədrliyindən veriblər.

Sədrlikdən verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də daha bir səlahiyyəti uzadılıb. Kaspşik mandatına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə ATƏT-in fəaliyyətdə olan sədrini təmsil edəcək.

İtaliya ATƏT sədrliyini yanvar ayının 1-də Avstriyadan alıb.

Gununsesi.info