Ata qızını baltaladı - VƏZİYYƏTİ AĞIRDIR

  • By admin
  • 09 Oktyabr 2017 20:06

balta

Şəmkirdə ata qızına balta ilə ağır xəsarət yetirib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çaparlı kəndində qeydə alınıb.

1994-cü il təvəllüdlü Əhmədova Nuranə İsmayıl qızı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğunu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info