Atatürk Hava Limanının fəaliyyətinin bərpa olunub

  • By admin
  • 29 İyun 2016 10:29

turk

 

Türkiyənin Baş naziri Binəli Yıldırım İstanbul Atatürk Hava Limanının fəaliyyətinin bərpa olunduğunu söyləyib. Gununsesi.info “Anadolu” xəbər agentliyinə istinadən xəbər verir ki, hava limanının xarici uçuş terminalındakı avtomobil parkında və onun üst hissəsində baş verən terror hücumu ilə əlaqədar hadisə yerindəki araşdırmalarının ardından “Biz hava limanını açdıq, aviadaşımalar bərpa olunub”, – deyə baş nazir bildirib.

Qeyd edək ki, hava limanında törədilən terror aktında 36 nəfər həlak olub, çox sayda insan yaralanıb. Onların arasında xarici vətəndaşlar da var.

Aəzrbaycanda da H.Əliyev adına hava limanında İstanbula uçuşlar bəpa olunub. Belə ki, İstanbulun Atatürk hava limanından Bakıya uçuş yerinə yetirməli olan təyyarə bu gün saat 13:00-da İstanbuldan yola düşəcək. Gununsesi.info-nun məlumatına görə, bu barədə AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski mətbuata açıqlamasında deyib.

P.Kəsəmənski qeyd edib ki, bu gün AZAL-a məxsus təyyarə Atatürk Hava Limanına uçuş həyata keçirib: “08:45-də bizim təyyarə cədvələ uyğun olaraq İstanbul Hava limanına uçub. Artıq Hava Limanı öz fəaliyyətini bərpa edib. Cədvələ uyğun həmin təyyarə 13:20-də qayıtmalıdır. Bizim beynəlxalq uçuşlarda problem yalnız Atatürk Haval Limanı ilə bağlı olub, qalan heç bir aviareyslərdə problem olmayıb”. P.Kəsəmənski qeyd edib ki, dünən axşamdan AZAL gücləndirilmiş iş rejiminə keçib.

Qeyd edək ki, dünən Bakı vaxtı ilə saat 23:30-da Azərbaycan Hava Yollarına QSC (AZAL) məxsus təyyarə İstanbul Atatürk Hava Limanından Bakı istiqamətində uçuş yerinə yetirməli idi. Sərnişinlər tamamilə qeydiyyatdan keçsələr də, partlayış baş verdiyindən hava limanında uçuşlar dayandırıldığı üçün AZAL-a məxsus təyyarə də havaya qalxa bilməyib.

 

Gülnaz Qənbərli