Atatürkün cümhuriyyət haqqında məşhur kəlamları

  • By admin
  • 29 Oktyabr 2016 13:51

ataturk

Bu gün Türkiyə zəfər bayramının 93-cü ilini qeyd edir.

Gununsesi.info xəbər verir ki, qardaş ölkə bugünkü müsəqilliyini Mustafa Kamal Atatürkə borcludur. Atatürk  cümhuriyyət haqqında bir çox kəlamlar söyləmişdir. Onlardan bəzilərini sizə təqdim edirik.

* Cümhuriyyət kəramətdir.

* Cümhuriyyətimizin dayağı türk xalqıdır.

* Cümhuriyyət söz azadlığının tərəfdarıdır. Biz səmimi və düzgün olan hər bir fikrə hörmət edirik.

* Yeni nəsil ən böyük cümhuriyyətçilik dərsini bugünkü müəllimlərdən və onların yetişdirəcəyi insanlardan alacaqdır.

* Cümhuriyyət demokratik idarənin tam və mükəmməl  ifadəsidir. Bu rejim xalqın inkişafı və yüksəlişi üçün zəmin yaradan, onlardan əsirlik, soysuzluq hislərini uzaqlaşdıran bir yoldur.

* Bizim fikrimizcə, Türkiyə Cümhuriyyətində qadın anlayışı bütün Türk tarixində olduğu kimi, bu gün də hər şeydən üstün və şərəflidir. Məmləkət üsyankar birliyə möhtacdır. Fövqəladə siyasətdə milləti parçalamaq xəyanətdir.

Nigar Cəfərli

Gununsesi.info