Atılmış körpə ailəsinə qovuşdu - 60 İL SONRA

  • By admin
  • 16 May 2017 17:50

weston

Gununsesi.info İngiltərənin “Times” qəzetinə  istinadən xəbər verir ki, 1956-cı ildə İngiltərənin Birminqham şəhərində yerləşən “Odeon” kinoteatrının ayaqyoluna atılan körpə illər sonra öz ailəsinə qovuşub.

Mətbuatın verdiyi məlumata görə, 60 il əvvəl adyala bükülmüş 3 aylıq körpənin ayaqyolunda atılması həmin illərdə çıxan qəzetlərdə qızğın müzakirə mövzularından birinə çevrilmişdi. Körpəyə onu tapan polis işçisinin adı verilmişdi.

3 aylığında atılmış Robert Veston 60 il sonra öz ailəsini İngiltərədən kilometrlərlə uzaqda – Şotlandiyada tapıb.

O, başına hansı səbəbdən belə hadisə gəlməsini də araşdırıb. Ögəy bacı-qarşlarının sözlərinə görə, ataları onların anasından ayrılaraq bir müddət Vestonun anası ilə yaşayıb. Sonradan isə ayrılaraq öz ailəsinə geri dönüb. Nəticədə Vestonun anası ona sahib çıxmayaraq kinoteatrın ayaqyolunda qoyub gedib.

61 yaşlı kişi öz bacı-qardaşlarını qızının sayəsində tapıb. Belə ki, 34 yaşlı Emma atasının ailəsini tapmaq üçün Facebook sosial şəbəkəsində xüsusi hesab açıbmış.

60 il sonra ailəsinə qovuşan Veston sevincinin həddi-hüdudu olmadığını bildirib.

82895

 

303072Image1

Gununsesi.info