
Azərbaycanda fəaliyyət göstərən 31 kommersiya bankından 13-ü hələ də 2016-cı ilin audit hesabatını rəsmi internet səhifəsində yerləşdirməyib.
Gununsesi.info-nun məlumatına görə, bu, “AGBank”, “Amrahbank”, “Atabank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Bank of Baku”, “Bank BTB”, “Bank Respublika”, “Bank VTB (Azerbaijan)”, “Dəmirbank”, “NBC Bank”, “Nikoil Bank”, “Rabitəbank” və “Turanbank” ASC-lərdir.
Banklardan 2-si – “AGBank” və “Amrahbank” açıqlama yayaraq hesabatlılıq məsələsində gecikmənin texniki səbəblərlə bağlı olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan qanunverciliyinə əsasən, banklar kənar auditorun təsdiqlədiyi maliyyə hesabatını ilin qurtarmasından ən geci 5 ay müddətində, yəni mayın 31-nə qədər açıqlamalı və mətbuatda dərc etdirməlidir.
Gununsesi.info












