AVP sədrindən Türkiyəyə baş sağlığı

AVP sədri, deputat Fəzail Ağamalı Türkiyədə baş vermiş zəlzələ ilə bağlı başsağlığı verib. Partiya sədrinin məktubunda deyilir: 

Qardaş Türkiyənin Kahramanmaraş, Malatya, Qaziantep, Adana, Antalya, Şanlıurfa şəhərlərində baş verən təbii fəlakət məni çox sarsıtdı.

Zəlzələ nəticəsində həlak olan çox saylı soydaşlarımıza Uca Tanrıdan rəhmət, qardaş Türk xalqına səbr, yaralananlara şəfa diləyirəm.

Acınız acımızdır! Başımız sağ olsun Türkiyəm!