“Avro-2016”-nın 2-ci turun oyunları

  • By admin
  • 15 İyun 2016 11:02

K

 

Bu gün “Avro-2016″nın qrup mərhələsində II turun oyunlarına start veriləcək. Gununsəsi.info xəbər verir ki, bu gün 3 qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşması B qrupunda Rusiya və Slovakiya milliləri arasında keçiriləcək. İlk qarşılaşmada İngiltərə millisi ilə 1:1 hesablı heç-heçəyə razılaşan şimal qonşularımız, Uelsə 2:1 məğlub olan Slovakiya millisi ilə qarşılaşmada uğurlu başlanğıcın davamını gətirməyə çalışacaq. Qarşılaşmanın start fiti 17:00-da çalınacaq.
Növbəti oyun isə A qrupunda Rumıniya və İsveçrə milliləri arasında keçiriləcək. Turnirin açılış qarşılaşmasında ev sahibi Fransa millisinə 2:1 hesabı ilə məğlub olan Rumıniya, Albaniya seçməsinə 1:0 hesablı ilə qalib gələn İsveçrə qarşısında ilk qələbəsini qazanmağa çalışacaq. Matç 20:00-da başlayacaq.

İkinci turun ilk oyun günün son qarşılaşmasında Fransa millisi debutant Albaniya seçməsini sınağa çəkəcək. Oyun 23:00-da başlayacaq.

 

Avropa çempionatı

Qrup mərhələsi, II tur

15 iyun

 

B qrupu
17:00. Rusiya – Slovakiya
Baş hakim: Damir Skomina
Yan xətt hakimləri: Yure Praprotnik, Robert Vukan
Əlavə köməkçi hakimlər: Matey Juq, Slavko Vinçiç (hamısı Sloveniya)
Dördüncü hakim: Yonas Eriksson (İsveç)
Lill Metropol, “Stad Pyer Mauro”

 

A qrupu
20:00. Rumıniya – İsveçrə
Baş hakim: Sergey Karasyov
Yan xətt hakimləri: Nikolay Qolubev, Tixon Kalugin
Əlavə köməkçi hakimlər: Sergey Lapoşkin, Sergey İvanov (hamısı Rusiya)
Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)
Paris, “Park des Prinses”

 

23:00. Fransa – Albaniya
Baş hakim: Villiam Kolum (Şotlandiya)
Yan xətt hakimləri: Damien Makqreyt (İrlandiya), Fransis Konnor (Şotlandiya)
Əlavə köməkçi hakimlər: Bobbi Madden, Con Betton (hər ikisi Şotlandiya)
Dördüncü hakim: Mixail Oliver (İngiltərə)
Marsel, “Velodrom”

 

Gununsesi.info