AVRO-2016: Uels-Slovakiya 2:1

  • By admin
  • 11 İyun 2016 22:54

joe-allen-wales-euro-2016-marek-hamsik_3482276

Bu gün Avropa çempionatının B qrupunda mübarizə aparan komandaların ilk qarşılaşması keçirilib. Gununsesi.info xəbər verir ki, Bordo şəhər stadionunda keçirilmiş matçda Uelslə Slovakiya münasibətlərinə aydınlıq gətiriblər.  Gərgin şəraitdə keçən oyun Uelsin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki,  oyun gününün son görüşündə B qrupunun favoriti İngiltərə Rusiyanı sınağa çəkəcək. Roy Hocsonun yetirmələri iddiasını göstərmək üçün Şimal qonşularımızı xalsız qoymalıdır. Turnirin yaş ortalamasına görə ən gənc heyətinə malik olan ingilislər ilk turu itkisiz keçməyi hədəfləyir. Rusiya güclü rəqibi ilə başa-baş mübarizə aparmaq üçün var gücü ilə səy göstərməlidir.

Avropa çempionatı

Qrup mərhələsi

11 iyun

B qrupu

Uels – Slovakiya – 2:1

Qollar: Beyl, 10, Robson, 80 – Duda, 61

Baş hakim: Sven Oddvar Moen

UEFA nümayəndəsi: Svetlana Qrinkeviç (Belarus)

Bordo şəhər stadionu

 

APA