Köçkün məktəbində əlifba bayramı

  • By admin
  • 11 İyun 2016 23:08

Gəncə şəhərində yerləşən 9 saylı Kəlbəcər rayon orta məkəbində birincilərin əlifba bayramı keçirilib. Gununsesi.info-nun Qərb bölgəsi müxbirinin verdiyi məlumatda bildirilir ki, köçkünlər üçün yeni salınmış yaşayış qəsəbəsində inşa olunan məktəbdə təşkil olunan tədbirdə rayon təhsil şöbəsinin rəhbərliyinə daxil olan şəxlər də iştirak edib. Birinci sinifi başa vuran şagirdlər tədbirdə şeir söyləyib, mahnı oxuyublar.

Məktəbin direktoru Məmməd Məmmədov  dövlətin köçkün şagirdlərin yüksək təhsil almaları üçün onlara yaxşı imkanlar yaratdığını deyib. O, buna görə müəllim və valideyinlər adından ölkə başçısına  təşəkkür edib. Direktorun sözlərinə görə, hər cür şəraiti olan məktəbdə tədrisin səviyyəsi də yüksəlib.

Məmməd Məmmədov çıxışında həmçinin, birinci siniflərə dərs keçən müəllimələrə-   Gülnaz Həbibullayevaya,  Aytəkin Bədəlovaya Raya  Sadıqovaya və Ziyafət Həsənvaya təşəkkürlərini çatdırıb.

Tədbirdə müəllimlərdən Kamran Həşimov və başqaları ürək sözlərini ifadə edib.

kelb1 k3 k2