“Avropa Birliyi dünyada baş verən proseslərin çoxunu anlamır” - YUNANISTANIN XARİCİ İŞLƏR NAZİRİ

  • Müəllif: admin
  • 12 Aprel 2017 08:50

Nikos Kotzias

Avropa Birliyi cəzalandırıcı orqana çevrilib.

Gununsesi.info-nun axar.az-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Yunanıstanın xarici işlər naziri Nikos Kotzias söyləyib.

Onun fikrincə, AB dünyada baş verən proseslərin çoxunu anlamır:

“AB-nin Qərb dünyasının mərkəzi olmaqla bağlı planları illüziyadır. 21-ci əsrdə dünya Avropa modelinə uyğun gəlmir. Bu, ABŞ-ın hökmran olduğu və bundan sonra da olmağa davam edəcəyi dünyadır. Üstəlik, Asiyada artıq yeni mərkəzlər yaranır”.

Gununsesi.info