Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatına start verilib.
Cüdo Federasiyasından Gununsesi.info-ya verilən məlumata görə, yarışın ilk günündə Azərbaycan milli komandasının 4 üzvü tatami üzərinə çıxıb.
Yığmamız aktivinə 2 medal yazdırıb. 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Orxan Səfərov və 66 kq çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə Avropa çempionatının bürünc medallarına sahib olublar.
Digər cüdoçularımız Aişə Qurbanlı (48 kq) və Nəzakət Əzizova (52 kq) isə mübarizəni erkən dayandırıblar.
Xatırladaq ki,bu gün daha 3 çüdoçumuz – Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq) və Rüfət İsmayılov (81 kq) tatami üzərinə çıxacaq.
Anar
Gununsesi.info