Avropa çempionatında basketbolçularımızdan növbəti qələbə

  • Müəllif: admin
  • 20 İyul 2016 11:24

basketbol

 

Kiprin Nikosiya şəhərində yeniyetmə basketbolçular arasında Avropa çempionatının C divizionunda mübarizə davam edir.

Gununsesi.info xəbər verir ki, idmanxeber.com-un məlumatına görə, A qrupunda yarışan Azərbaycanın U-16 komandası növbəti oyununu San-Marino yığmasına qarşı keçirib.

Görüş Samit Quluzadənin yetirmələrinin qələbəsiylə yekunlaşıb – 63:60 (13:17, 19:8, 15:17, 16:18). Səadəttin Donat 23 xalla komandamızın heyətində ən məhsuldar oyunçu olub.

Qeyd edək ki, bu milli komandamızın qrupda 2-ci qələbəsiidir. İlk turda Uels basketbolçularına böyük hesabla qalib gələn seçməmiz növbəti matçda meydan sahiblərinə minimal hesabla uduzmuşdu. Komandamız qrup mərhələsində son oyununu ayın 21-də Malta millisinə qarşı keçirəcək.

Gununsesi.info