Pakistanda Ərdoğana dəstək aksiyası keçirilib

  • Müəllif: admin
  • 20 İyul 2016 11:21

pakistan

Türkiyədə iyulun 15-də Fətullahçı Terror Təşkilatının (FTT) dövlət çevrilişinə cəhdini dünya ölkələri də etirazla qarşılayır. Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, FTT-nin dövlət çevrilişinə cəhdi Pakistanın Karaçi şəhərində də etiraz edilib. Camaat-i İslami Partiyası tərəfindən Pakistanın bir çox şəhərlərində terroru pisləyən çıxışlar edilib. Onlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türk xalqına dəstək plakatlarını şəhərin hər tətəfinə asıblar. Başda ölkənin ən böyük şəhəri olan Quruçuda “Tayyib Ərdoğan və Türk xalqıyla birlikdəyik” şüarları yazılan plakatlar körpü və yolların üzərindən asılıb.

Gülnaz Qənbərli