Avropa çempionatının biletləri satışa çıxdı

  • Müəllif: admin
  • 24 İyul 2017 21:38

bilet

22 sentyabr – 1 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək 2017 qadınlararası Avropa çempionatının biletləri bu gündən Bakıda satışa çıxarılıb.

Gununsesi.info-nun məlumatına görə, biletlərin qiyməti 3-5 manat arasında dəyişir.

Açılış matçı, yarımfinal və medallar uğrunda oyunların biletləri 5 manat olacaq. Bir adam maksimum 10 bilet ala bilər.

Biletləri ASAN-1, ASAN-2, ASAN-3, ASAN-4, ASAN-Sumqayıt, Heydər Əliyev Sarayında, Nizami küçəsi və Bülbül prospektinin kəsişməsində, Hökümət Evinin yanında və “Azərbaycan” kinoteatrının yanında, “Gənclik Mall” və “28 Mall”da yerləşən “iTickets” köşklərindən əldə etmək olar.

Gununsesi.info