Avropa İttifaqı İsrailə qarşı sərt addımlar təklif edir

  • Müəllif: Şəbnəm
  • 17 Sentyabr 2025 18:05

Avropa İttifaqı (Aİ) İsrailin Qəzzadakı hərəkətləri ilə bağlı sərt addımlar atmaq üçün üzv ölkələrə sanksiya tətbiq etməyi və ticarət əlaqələrini məhdudlaşdırmağı təklif edib.

Gununsesi.info xarici mediaya istinadən xəbr verir ki, Aİ icraedici orqanı İsrailə ikitərəfli dəstəyin təxminən 20 milyon avrosunu donduracağını açıqlayıb.

Komissiya həmçinin İsrail hökumətinin ifrat sağçı nazirlərinin aktivlərinin dondurulması və viza qadağasını irəli sürüb. Ursula fon der Leyen tədbirləri “Qəzzada dəhşətli hadisələrin dayandırılması” məqsədilə izah edib.

İsrail Aİ-ni addımdan çəkindirməyə çalışsa da, xarici işlər naziri Gideon Saar sanksiyaların təsirsiz olacağını deyib.

Bu addımlar Qəzza şəhərində İsrailin quru əməliyyatları və kütləvi bombardmanları fonunda gündəmə gəlib.

 

 

Şəbnəm

Gununsesi.info