Avropa İttifaqı NATO-suz yaşaya bilməz - BAŞ KATİB

  • Müəllif: admin
  • 28 Avqust 2017 17:22
flag_of_the_european_defensive_league_by_mtt3008-d72w8z9
Avropa İttifaqı (Aİ) NATO-suz ötüşə bilməz, çünki təşkilat dünyanın ən güclü hərbi alyansı hesab olunur. 
Gununsesi.info xəbər verir ki, bunu NATO-nun baş katibi Yons Stoltenberq “Rzeczpospolita”ya müsahibəsində deyib.
Onun sözlərinə görə, NATO dünyada ən böyük gücə və canlı qüvvəyə malikdir: “Alyansın gücü Vaşinqton müqaviləsinin 5-ci maddəsinə əsaslanır. Bu da ondan ibarətdir ki, müttəfiq ölkəyə qarşı hərbi müdaxilə NATO-ya üzv olan digər bütün ölkələrə qarşı hücum kimi qiymətləndirilir”. 
Aİ-nin müdafiə siyasətindən danışan baş katib deyib ki, hər hansı rəqabətdən qaçaraq NATO-nun gücünə güc qatmaq lazımdır: “Bir çox avropalı liderlər Avropanın özünün müdafiə qüvvəsinin olmasını istəyirlər. Avropa NATO-suz bacara bilər kimi belə ritorikalardan qaçmaq lazımdır. Çünki NATO Avropanın kollektiv müdafiəsinin qarantıdır və Avropa bundan asılıdır”. 
Baş katibin sözlərinə görə, Avropa İttifaqına üzv olmayan 3 NATO ölkəsi var ki, Aİ onların dəstəyi olmadan baş edə bilməz.
Gununsesi.info