“Avropa Məhkəməsi Natiq Cəfərliyə görə Azərbaycanı cərimələdi” – Vəkil

  • By admin
  • 07 Noyabr 2019 16:09

Avropa Məhkəməsi Konvensiyanın 18-ci maddəsi üzrə Azərbaycana qarşı daha bir pozuntu qərarını elan edib. Gununsesi.org xəbər verir ki, bu barədə vəkil Fariz Namazlı özünün Feysbuk səhifəsində məlumat verib.

“Söhbət Real partiyasının İH-nın üzvü Natiq Cəfərlinin 2016-cı ildə həbs edilməsindən gedir. Bu işin bir özəlliyi də var ki, Məhkəmə Konvensiyanın 3-cü maddəsinin pozuntusunu tanıyıb. Bilirsiniz ki, məhkəmə zallarında dəmir barmaqlıqlar var və burada təqsirləndirilən şəxslərin saxlanması Konvensiyanın 3-cü maddəsinin pozuntusunu təşkil edir. Cəfərli də apellyasiya baxışında dəmir barmaqlıqda saxlanmışdı. Məhkəmə də bunu pozuntu hesab etdi. Beləliklə, Məhkəmə Cəfərlinin 28 gün həbsdə saxlanmasına görə 15.000 avro mənəvi zərərə görə kompensasiya təyin etdi.”