Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul edəcək - ZAHİD ORUC İSƏ DEYİR Kİ...

  • By admin
  • 13 Mart 2023 13:41

 

Sabah- Martın 14-də Avropa Parlamenti Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyətinə dair qətnamə qəbul edəcək.

Gununsesi.info-nun xəbərinə görə, artıq müvafiq komitədən keçən qətnamə layihəsində Azərbaycanda insan hüquqlarını pozan vəzifəli şəxslərə sanksiya tətbiq edilməsinə dair çağırışlar əks olunub.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Gununsesi.info-ya açıqlamasında bu haqda danışıb.

Zahid bəy, yəqin ki, sabah qəbulu gözlənilən qətnamədən xəbəriniz var. Bu dəfəki sənəddə hakimiyyət əleyhinə daha sərt fikirlər var. Tənqidləri bölüşürsünüzmü? 

– Uzun illərdir ki, Avropa Parlamentində Azərbaycan əleyhinə sistemli fəaliyyət aparan qrup mövcuddur. Ən yaxın zamanda  qurumun vitse-prezidentinin rəhbərlik etdiyi və uzun illər ərzində Fransada bilavasitə Strasburqdan həm də öncə Yeniseyden yönləndirilən adamlar ifşa olundu. Bildirim ki, bu qrup orada böyük iqtisadi maliyyə imkanlarına malik olan digər erməni oliqarxlarına yaxınlığı ilə seçilən şəxslərdən ibarət idi.
Belçika polisi məsələni araşdırarkən bəlli oldu ki, mövzu təkcə Qətərdən hansısa dünya çempionatına lobbiçilik etməkdən getmir, eləcə də  digər siyasi korrupsiya layihələrində bu qüvvələrin ardıcıl məqsədyönlü fəaliyyəti ortadadır.

Hesab edirəm ki,  ümumi korrupsiya sözdələşməsinin miqdari bir neçə milyon təşkil edir. Bu qətiyyən Avropa məkanında qanunvericilik ilə müəyyənləşmiş lobbi fəaliyyətləri ilə əlaqədar yol verilən hüquqi fəaliyyətlər çərçivəsində reallaşdırılmamışdır. Məhz ona görə də biz o dövrdə parlamentdə Belçika polisinə çağırış etdik ki, ölkəmiz əleyhinə Avropa strukturlarında verilən qərarların da korrupsiya ekspertizasını həyata keçirsin. Belə şəraitdə bir-birinin ardınca xüsusilə də son 3 ildə, Qarabağda ermənilərin hüquqları, Azərbaycanın ərazisinin işğal etməsi orada həyata keçirilən anti erməni fəaliyyətləri ilə bağlı ən azı üç sənəd qəbul edilib. Ardınca üzərimizə xüsusi müşahidə missiyasını göndərmək qərarı verilmişdi. İndi sizin qeyd etdiyiniz kimi növbəti daha sərt müəyyən sanksiyalara çağıran və Azərbaycanın siyasi və iqtisadi münasibətlərinin əleyhinə müəyyənləşmiş yeni qətnamə sənədi ortadadir.

Hesab edirəm ki, bu prosesə Fransa öncüllük edir. Belçika, Niderland, Lüksemburq da  uzun illər ərzində qərbin əsas güc mərkəzlərinin fəaliyyətləri rolunda çıxış edirlər. Yoxsa öz özlüyündə əhalisi 235 000 nəfər olan Lüksemburqun Azərbaycanla  hansi beynəlxalq geopolitik siyasi maraqları toqquşur ki, onlar ölkəmiz əleyhinə belə sistemli fəaliyyət aparsınlar.

Məqsəd nədir? Niyə həmişə insan haqları gündəm olanda hökumət bu cür mövqe sərgiləyir?

 

– Çünki o dövlət müxtəlif parlamentlərdə bu cür xətti aparan ön planda görünən bir qüvvəyə çevrilibdir. Azərbaycanla Avrop İttifaqı rəhbərliyi arasında sıx münasibətlər var. Bunu pozmaq niyyəti də var. Hesab edirəm ki buna görə də Avropa Komissiyasının rəhbərinin  artıq iki ilə yaxın bir dövrdə Azərbaycanla,  xüsusilə cənab prezident ilə aparılan danışıqlarda tutduğu prinsipal düzgün mövqeyə görə basqılar daha da artıbdır.

–  Hesab edirsinizmi ki, bu proses Brüsselin sülh təşəbbüsünə qarşıdır?

– Mən buna əminəm .   Makronun məlum bədnam müsahibəsi, Fransa senatında Azərbaycan əleyhinə artıq üçüncü qətnamənin çıxarılması və nəhayət etibarilə Azərbaycanın Fransanın danışıqları missiyasında iştirakından imtina etməsi və sair baş verənlər bunu göstərir.
Bizim Avropa strukturları ilə həyata keçirməyə planlaşdırdığımız layihələrin pozulması üçün əsaslar yaradırlar. Məqsəd də belədir. Biz 2020 ci ildə Vətən müharibəsində qələbə qazandıq. Bu proses əslində Azərbaycanın öz torpaqlarını azad etməsi hüququna qarşı Fransanın qalıb dövləti cəzalandırmaq üçün BMT yə çıxardığı qətnamə layihəsinin qarşını alınmasından başlandı. Ondan sonrakı dövrdəki prosesləri sadalamaq istəmirəm. Avropa parlamentinin çıxaracağı qərar heç şübhəsiz ki, bu qurumla olan münasibətlərə mənfi təsir göstərəcəkdir. Bir sıra hallarda Qərbin regionda mənafelərinə zərbə vuracaqdır.

Azərbaycanın kəskin etirazları fonunda bizi müxtəlif sözdələşmələrə çağırmaq niyyəti təklif edəcəkdir. Ancaq hesab edirəm ki, Azərbaycan əsla müxtəlif siyasi korrupsiya sistemində ixtisaslaşmıs qüvvələrin mövqeyinə görə Qərb ilə əlaqələrdən əsla imtina etməyəcəkdir. Yeni bizi geopolitik dalana sıxmaq, özümüzün məlum strateji kursumuzdan geri daşındırmaq mümkün deyil.

Bu qətnaməyə əsas kimi ölkədə insan haqlarının durumuna istinad olunur. Bəxtiyar Hacıyev nümunəsi ortalıqda  olduğu halda Azərbaycan necə iddia edə bilər ki, bu qətnaməyə bizə qarşı qərəzdən doğub? Təkcə bu məsələyə görə dünyanın demokratik kəsimi ilə dirəşirik.

– Əminəm ki bu məsələ ilə bağlı araşdırmalar obyektiv olaraq aparılacaq və qərar veriləcəkdir. Qərb ilə Azərbaycan münasibətləri xüsusilə də Avropa parlamenti ölkəmizlə uzun on illər ərzində keçirilən yol şəxslərə bağlana bilməz. Azərbaycanda insan haqları deyilərkən xüsusi müəyyənləşmiş və müxalif kursa malik olan “kasta”üzvləri götürülməməlidir.

Azərbaycan dövləti tərəfindən həyata keçirilmiş və onların konstitusiya hüquqlarının gerçəkləşdirməsi istiqamətində fundamental tədbirləri mən burda qeyd edərdim. Qələbədə ərazi bütövlüyümüzün təminatından tutmuş hər bir azərbaycan vətəndaşının müxtəlif sosial-iqtisadi qayğılarının çözülməsinə yönəlik prosesdir. Bütün bunların hamısı insan haqlarının təminatına xidmət edir. Eyni zamanda əgər məmur özbaşınalığını, hansısa məhkəmə sistemindəki qanunsuzluqdan və digər siyasi hüquqların gerçəkləşdirməsi media fəaliyyəti və s. bağlı problem sayılan mövzular ətrafında da beynəlxalq qüvvələrlə yeni səhifədən əməkdaşlığa və danışıqlara hazırıq. Ölkəmiz üç il bundan öncədə “Human Rights Watch”  və “Amnesty İnternational” təşkilatınada rəsmi olaraq müraciət etmişdir və onların missiyasısı rəsmi olaraq iki dəfə ölkəmizə gəldi. Biz o zaman vurğuladıq ki bundan yararlanaraq yeni mərhələyə keçid üçün ortada olan on il ərzində hökm sürən yəni üçüncü sektorun fəaliyyəti ilə müxtəlif məhdudiyyətlər, partiyaların fəaliyyəti və s məsələləri də çözmək olar.

–  Qeyd etdiniz ki münasibətlər fərdlər üzərində qurulmalı deyil. Daha bir nümunə göstərim: Fundamental hüquqlardan söhbət gedirsə,  sərbəst toplaşmaq azadlığı niyə qadağandır?
Bakıda həbs edilən şəxsə “azadlıq” deyən adamı 30 gün həbsə göndərirlər. Bunun özü fakt deyilmi?

 

– Hesab edirəm ki, bu məsələ müzakirə olummalıdır. Hər tərəfin arqumenti var. Bir zamanlar Bakının istənilən ərazilərində bu cür aksiyalar üçün vaxtında addımlar atılmışdır. Dediyiniz ictimai etirazlar, tədbir və aksiyalar üçün də meydanlar müəyyənləşməlidir.
Hesab edirəm ki buna dair da müvafiq icra hakimiyyəti qərar verilməlidir ki hec bir halda bu gün kiçik bir sosial bazaya malik olan hətta qeyri siyasi durumda hər hansı bir fərdin siyasi hüquqlarının müdafiəsi üçün kiminsə çıxıb aksiya keçirməsinin qarşısı alınmasın. Çünki, bu hallaar müxtəlif beynəlxalq hesabatlara daxil edilən və əleyhimizə istifadə edilir.

Pərviz Həşimli

Gununsesi.info