Manaf Ağayev gileyləndi: - "Ətrafımdan çox insanları təmizlədim"

Müğənni Manaf Ağayev ARB televiziyasında yayımlanan “Maqazin plus” verilişində açıqlaması ilə diqqət çəkib.

Gununsesi.info xəbər verir ki, Manaf Ağayev dostlarından gileylənib: “İnsanlar qəddarlaşıb. Biz niyə belə olmuşuq? Hamı düzgün adam axtarır, amma heç kim də düzgün adamı sevmir. İndi hamı-hamının dalınca danışır, xainlik edir. Maraqlısı budur ki, səni tanımır, yenə səni istəmir.

30 il əvvəl gördüyüm insanlardan əsər-əlamət qalmayıb. Ətrafımdan çox insanları təmizlədim, amma hamısı ilə münasibət var. Mən dostluq münasibəti haqqında fərqli düşünürəm, onlar isə fərqli… Dostluq çox ağır bir məsələdir. Yəni bilirəm ki, o, mənə görə sona qədər gedə bilməz. Onu qınamıram.

Məni var-dövlət də dəyişə bilməz. Heç vaxt dəyişməmişəm. Bu mənim qanımda var. Həmişə kasıbın yanında olmuşam. Dostlarımı heç vaxt unutmuram. Belə bir söz var, deyirlər, “kişi ağlamaz”. Bu fikirlər heç vaxt razılaşmamışam.

Əsl kişi ağlayar. Əgər kişinin dostu rəhmətə gedibsə, ağlamasın? Kişi namərd qarşısından ağlamaz”.

 

Gununsesi.info