Avropa Super Liqası layihəsi yenidən start götürür

  • By admin
  • 26 Fevral 2022 16:04

Futbol üzrə Avropa Super Liqası layihəsi yenidən start götürür.

Gununsesi.info-nun “Telegraph”a istinadən məlumatına görə, İspaniyanın “Real Madrid”, “Barselona” və İtaliyanın “Yuventus” klubları növbəti həftə bununla bağlı qərarlarını açıqlayacaqlar.

Turin təmsilçisinin prezidenti Andrea Anyellinin martın 3-də layihədəki dəyişikliklərlə bağlı məlumat verəcəyi bildirilib.

Qeyd edək ki, “Barselona”, “Real Madrid” və “Yuventus”un təsis etdiyi Superliqada İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Arsenal”, “Çelsi” və “Tottenhem”, İspaniyanın “Atletiko”, İtaliyanın “Milan” və “İnter” komandaları da iştirakını təsdiqləmişdi. Lakin sonradan 9 klub layihədən imtina edib.

 

 

Gununsesi.info