Abşeron rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkildi - FOTOLAR

  • By admin
  • 26 Fevral 2022 16:14

XX əsrdə dünyanın gözü qarşısında erməni qəsbkarları tərəfindən törədilən Xocalı soyqırımının 30-cu il dönümü ilə əlaqədar Abşeron rayonunda geniş ağacəkmə kampaniyası keçirilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq soyqırım qurbanlarının hər birinin xatirəsinə ümumilikdə 613 eldar şamı əkilmişdir. 

Bakı-Şamaxı və Bakı-Sumqayıt yollarının Abşeron rayonuna düşən hissələrində baş tutan ağacəkmə aksiyasında yeni basdırılan ağaclara üzvi gübrə verilimiş, suvarılmış və lazimi aqrotexniki qulluq göstərilmişdir. Bundan əlavə, rayonun Abadlıq və Kommunal Xidmətlər İdarəsi tərəfindən ərazi məişət tullantılarından təmizlənmiş, ümumi iməclik həyata keçirilmişdir.

Məlumat üçün bildirək ki, rayon ərazisində yeni ağacların əkilməsi istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəkdir.

 

Gununsesi.info