Avropa üçün tarixi gün

  • By admin
  • 23 İyun 2016 11:24

referendium 

 

Bu gün Böyük Britaniya tarixində həlledici gündür. Gununsesi.info xəbər verir ki, Böyük Britaniyanın Avropa İttifaqında qalıb-qalmayacağına dair referendum səsverməsi keçirir. Əhali səsverməyə hazır olsa da, bu məsələ ölkə rəsmiləri tərəfindən birmənalı qarşılanmır.

Krallığın AB-dən çıxmasına qarşı olan baş nazir David Kameron səsvermənin ölkəyə böyük problem yaradacağını deyib. Londonun keçmiş meri Boris Conson isə Britaniyanın AB-dən çıxmasının lehinədir. O, seçiciləri “ölkəyə inanmağa” çağırıb və “Bu məsələni ayırd etməyə və nəzarəti ələ almağa son şansımız yaranıb”-deyə bildirib.

 

Gununsesi.info