Avstriyadakı Daxştayın dağ silsiləsində qar uçqunu baş verib.
Gununsesiaz.info Avstriyanın “Kurier” nəşrinə istinadən xəbər verir ki, uçqun nəticəsində 5 nəfər ölüb.
Hadisə bu gün yerli vaxtla təxminən 9.30-da baş verib. Uçqun zamanı iki Çexiya vətəndaşı da yaralanıb. Ölənlərin şəxsiyyətini müəyyənləşdirmək hələ mümkün olmayıb.
Gununsesiaz.info