Avtobusların gecikmə səbəbi açıqlandı -RƏSMİ

  • Müəllif: admin
  • 23 Fevral 2018 09:48

Bakının bir neçə yolunda nəqliyyatın hərəkətində sıxlıq olduğundan avtobusların hərəkətində ləngimə baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə “BakuBus” MMC məlumat yayıb.

“Hal-hazırda 28 May küçəsi – Rəşid Behbudov küçəsi kəsişməsi istiqamətində, Rəşid Behbudov küçəsi – Mərkəzi Bankın qarşısı, Tbilisi prospekti, Heydər Əliyev prospekti,  Afiyəddin Cəlilov küçəsində avtomobil sıxlığı müşahidə olunduğundan bu istiqamətdə hərəkət edən marşrut avtobuslarımızın intervallarında müvəqqəti ləngimələr baş verib”, – deyə məlumatda qeyd olunub.

Gununsesi.info