Avtomobil qaçıran şəxslərə hökm oxundu

  • By admin
  • 04 Mart 2017 11:13

1423748609_mehkeme-2

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Niyyətəli Manafov və Teymur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, prosesdə hökm oxunub.

Hökmə əsasən, N. Manafov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən T. Əliyevə isə 3 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.

Qeyd edək ki, hadisə ötən ilin yanvarında Abşeron rayonu ərazisində baş verib. Rayon sakini Sənan Hüseynova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Bakı şəhər sakini Niyyətəli Manafov və Naftalan şəhər sakini Teymur Əliyev tutulublar.

Gununsesi.info