Avtomobil teplovozla toqquşdu - Yaralılar var

  • By admin
  • 30 Sentyabr 2016 11:20

teplovoz

Ani diqqətsizlik qəzaya səbəb olub.

Gununsesi.info xəbər verir ki, gecə saatlarında qorunmayan dəmiryol keçidindən keçməyə çalışan Qazax sakini həm avtomobilini yarasız hala salıb, həm də xəsarət alıb. Hadisə Çaylı kəndi ərazisində baş verib. Teplovozun uzaqda olduğunu düşünən sürücü idarə etdiyi “Vaz 21-099” markalı avtomobili ilə qorunmayan keçidi keçərkən toqquşma baş verib. Nəticədə yük teplovozu dəmiryol xəttinin üzərində “Vaz”-ı 30-40 metr sürükləyib. Hadisə zamanı minik maşınıda olan 2 nəfər Birinci Şıxlı kənd sakini 32 yaşlı Babək Yusifov və Çaylı kənd sakini 26 yaşlı Eltay Məsməliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qazax Müalicə-Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Yaralılara ilkin yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.