Toya gedib peşman oldu - 5500 manat pul və qızıllar getdi (FOTOLAR)

  • By admin
  • 30 Sentyabr 2016 11:28

qizil

Cəlilabad rayonunda növbəti oğurluq faktı qeydə alınıb.

Gununsesi.info həbər verir ki, hadisə rayonun Seyidbazar kəndində Namiq İsmayılova məxsus evdə baş verib. Axşam saatlarında  ailə üzvlərinin toyda olmasından istifadə edən nəməlum şəxslər evin pəncərəsin sındırmaqla içəri daxil olub, oradan  5500 manat pul və qızıl zinət əşylarını oğurlayıblar. Zərərçəkənin  sözlərinə görə həyətdəki ayaq izlərindən evə daxil olan şəxslərin iki nəfər olduğu məlum olub.

Hadisə ilə bağlı daxili işlər naziliyinin 102 xidmətinə və rayon polis şövbəsinə məlumat verilib. Cinayəti törədənlərin taplması istiqamətində araşdırmalar davam etdirilir.

qizil4 qizil3 qizil2 qizil1

Gununsesi.info