Aybəniz Haşimova: “Bəsdirin reytinq xatirinə insanların ruhu ilə oynadınız”

  • By admin
  • 06 Oktyabr 2016 14:15

aybeniz

Bu gün Kübra Əliyevanın ölümü ilə bağlı yalan xəbərlər bəzi sənətçiləri əsəbləşdirib.

Gununsesi.info xəbər verir ki, prodüser Tarix Əliyevin Kübra Əliyeva haqqında yaydığı yalan xəbərə bəzi sənətçilər reaksiya bildirərək  bu barədə fikirlərini bildiriblər. Lakin bəzi saytların xəbəri dəqiqləşdirmədən sənətçilərdən biri Aybəniz  Haşimovaya istinadən verməsi ifaçı haqqında mənfi təsürat yaradıb. Aybəniz xanım isə əsəbləşərək sosial şəbəkədə bu barədə məlumat verib:

“Mənim nəinki Kübra Əliyevaya bütün sənətkarlara  hörmətin sonsuz və əbədidir. Kübra xanımla bağlı statusu mən sizin yaxşı tanıdığınız Tarix Əliyevdən oxudum və müasibət bildirdim təbii ki, çox pis olmuşdum. Kim mənim yerimə olsaydı elə edərdi. Amma çox təssüf edirəm ki, axar.az saytı öz həmkarlarına deyil mənim statusuma istinad  edib yazıblar. Diqqətsizliyi saytlar edə bilər mən deyil. Bəsdirin reytinq xatirinə insanların ruhu ilə oynadınız. Esl şounu sizin həmkarlarınız göstərir mən yox. O ki qaldı Kübra xanıma çox şükür ki, sağdı. Elə edin ki sağ qalsın. Yoxsa siz saytların əlindən biz qırılmasaq yaxşıdı.                                                                                                                            Gununsesi.info