Aybəniz Haşımova Mehriban Əliyeva haqda : “Yer üzünün göydən gələn payısınız”

  • By admin
  • 26 Avqust 2016 13:59

mehriban e

“Dünyaya cox insan gəlir…İnsanların üzərinə müxtəlif missiyalar düşür…Nəticədə hansısa qiyməti alırsan dünyadan…Mən niyəsə insanlarda ən cox mənəviyyat axtarıram, əzizimiz Mehriban xanım. Şəhid ailələri üçün verdiyiniz ehsan mərasiminidə Sizi daha yaxından izlədim və Sizi ikiqat çox sevdim”.

Gununsesi.info-nun bunu Əməkdar artist, şəhid Xalid Quliyevin xanımı Aybəniz Haşımova öz “Facebook” statusunda yazıb.

“Bəlkə də başqası Sizin yerinizdə olsaydı, içəri daxil olanda gəlişi ilə yeri, göyü titrətmişdi…Amma… Siz o qədər sakitcə gəlib keçdiniz ki yanımızdan, bir də gördük əyləşmisiniz yerinizə və ağlayırsınız…Siz əsl ziyali və qəlbi nurla dolu İnsansınız.

Bug ün Sizin dünyamıza gəldiyiniz gündür, əziz Mehriban xanım. Bəlkə də Siz yer üzünün göydən gələn payısınız. Cünki insanlara olan mərhəmətiniz və cəfakeşliyiniz adi hal deyil.  Allah hər insana yaxşılıqetmə bacarığını, istedadını vermir. Bu, nadir insanların bacaracagı hünərdi.

Mən Sizə mələk deyirəm. Cünki mələk əməllərinizi görmüşəm. Allah kimə nə yaxşılıq etmisinizsə, onun min əvəzini versin. Nə yaxşı ki varsınız bu dünyada…

Hər zaman var olun, dəyərli xanım. Ölkəmizin layiqli övladı,  ulu öndərin irsini yaşadan əvəzsiz, Mehriban xanım. Dogum gününüz mübarək!!!”-deyə, o, daha sonra yazıb.

3Valet_Aybeniz-sekil_2014040339

K. Həmzəoğlu

Gununsesi.info