Aydın Əliyev vətəndaşları qəbul edəcək

  • By admin
  • 28 İyun 2016 16:33

aydi

 

 

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iyulun 2-də saat 11:00-da Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev meydanı 1) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

DGK Mətbuat Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların – Ağdaş, Göyçay, Yevlax, Ucar rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar iyulun 1-i saat 11:00-dək “195” Çağrı Mərkəzi, DGK (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: ((022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.