Aygün Kazımova Bakının mərkəzində qayda pozdu – VİDEO

  • By admin
  • 16 Yanvar 2018 12:57
Xalq artisti Aygün Kazımova idarə etdiyi bahalı avtomobillə Bakıda yol hərəkəti qaydalarını pozub.
Gununsesi.info avtosfer.az-a istinadən xəbər verir ki, xalq artisti “Shevrolet-Camaro” markalı, 99 DT 999 dövlət nömrə nişanlı avtomobillə yanvarın 13-də, gecə saat 23.20 radələrində Neftçilər prostepktində dayanma-durma qaydalarını pozub. Aygün Kazımova maşını Qız qalasının qarşısında – qadağan olunmuş ərazidə park edib. Düzdür, həmin ərazidə başqa avtomobillər də park edilib və bu da yoldan keçən digər avtomobillərin hərəkətinə əngəl törədib. Lakin başqalarından fərqli olaraq, Aygün Kazımova xalq artistidir. O, digərlərinə bənzəmədən yaxşı nümunə göstərməlidir. Görünür, Aygün xanım ya qadağa nişanını görməyib, ya da “gecə yarısı qayda pozmaq olar” fikri ilə maşını orada park edib.

Gununsesi.info