Ayın axırınadək Bakıda hava qeyri-sabit keçəcək, şaxta olacaq, yollar buz bağlayacaq - XƏRƏRDARLIQ

  • Müəllif: admin
  • 27 Yanvar 2017 14:02

saxta

Bakı və Abşeron yarımadasında yanvar ayının sonunadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gununsesi.info-ya verilən məlumata görə, havanın minimal temperaturu yanvarın 28-29-da 0-3 dərəcə şaxta təşkil edəcək.

Gecə və səhər bəzi yerlərdə yolların buz bağlayacağı ehtimal olunur.

Gununsesi.info