
Rioda keçirilən Yay Olimpiya Oyunları davam edir.
Gununsesi.info xəbər verir ki, ən çox mükafat qazanan ölkə yenə də ABŞ yığmasıdır.
Hələlik siyahıya başçılıq edən amerikalıların hesabında 84 medal var. İkinci yerdə isə Böyük Britaniyadır. Onların 50 medalı var. Çin medal sayına görə B. Britaniyanı keçsə də, qızıl medal qazanan idmançılaırn sayına görə, siyahıda ikinciliyi əldən verib. Beləliklə, Çin 51 medalla 3-cüdür.
Azərbaycan yığmasının hesabında isə cəmi 6 medal (2 gümüş, 4 bürünc) var. Komandamız 54-cü yerdə qərarlaşıb.
Gununsesi.info