
Ən çox əsgəri olan ölkələrin adları açıqlanıb.
Gununsesi.info-nun “Star” qəzetinə istinadən verdiyi xəbərə görə, ən çox hərbçisi olan ölkələrin siyahısında Azərbaycanın da adı var. Hazırda adları açıqlanan ölkələrdən bəzilərinin ordusu hətta ümumi əhalinin sayının yarısı qədərdir. Əsgərlərinin sayına görə önə çıxan ölkələr arasında Əfqanıstan 200 minlik əsgər sayı ilə diqqət çəkir. Bu ölkə dünya üzrə əsgərlərinin sayına görə, 52-ci yerdədir. 451 min 425 əsgəri olan Almaniya isə dünya ölkələri arasında 29-cu pillədə qərarlaşıb.
ABŞ isə 3 milyon 49 min 790 canlı qüvvəsi ilə özünə 7-ci pillədə yer tapıb. Ən çox əsgərləri olan ölkələr arasında Azərbaycan da var. Belə ki, ölkəmizin ümumilikdə 381 min 940 əsgəri var və bu nəticə ilə Azərbaycan dünya üzrə 35-ci sırada qərarlaşıb.
Ermənistan isə sıyahıda Azərbaycandan 10 pillə geridə, 45-ci sırada yer tapıb. Bu ölkədə cəmi 261 min 432 əsgər- hərbiyə yararlı canlı qüvvə var. Gürcüstan isə 32 min 850 canlı qüvvəsi ilə 102-ci pillədə qərarlaşıb.
Anar
Gununsesi.info











