
DÇ-2018-in seçmə mərhələsində iyunun 10-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Şimali İrlandiya oyununu idarə edəcək hakimləri məlum olub.
Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, oyunu ispaniyalı hakimlər briqadası idarə edəcək.
Baş hakim Xavier Estrada, köməkçiləri Muguel Martinez, Teodoro Sobrino olacaq. Dördüncü hakim funksiyasını isə Alexandri Hernandez yerinə yetirəcək.
Anar
Gununsesi.info











