Azərbaycanda gəmilərin qeydiyyata alınma qaydaları dəyişdirilir

  • By admin
  • 25 Dekabr 2017 09:18

Azərbaycanda gəmilərin qeydiyyata alınma qaydaları dəyişdirilir.

Gununsesi.info-nun məlumatına görə, Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanan qərara əsasən, “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları”nda 2.8.7-ci (gəmi radiostansiyasının fəaliyyəti üçün xüsusi icazə) və 2.8.12-ci (gəminin üzgüçülüyə yararlılığı haqqında şəhadətnamə və notariat qaydasında təsdiq edilmiş surəti) yarımbəndlər ləğv edilib.

Həmçinin qərara əsasən, 3.2-ci bənddə “tədbirləri nəticəsində verilmiş şəhadətnamə (gəminin üzgüçülüyə yararlılığı haqqında şəhadətnamə)” sözləri “tədbirlərinin nəticəsi” sözləri ilə əvəz edilib.

Qaydalara 6 nömrəli əlavə – “Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində gəminin qeydiyyata alınmasına dair Ərizə-Anket”in 31.3-cü bəndi ləğv edilib.

Gununsesi.info