
“Azərbaycanda prezident seçkiləri sakit başa çatıb”.
Gununsesi.info xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında bildirib.
Gürcü deputat prezidentliyə namizədliyi qeydə alınmış 8 nəfərin nümayəndələrinin bütün seçki məntəqələrində fəaliyyət göstərdiklərini qeyd edib. Onun sözlərinə görə, prezident seçkiləri Avropa standartlarına uyğun şəkildə təşkil olunub.
Gununsesi.info