Azərbaycanın bu rayonu işıqsız qaldı

  • By admin
  • 25 Mart 2018 13:12

Ötən gün axşam saatlarından etibarən Lerik rayonunda əsməyə başlayan güclü külək bir sıra fəsadlar törədib.

Gununsesi.info report.az-a istinadən bildirir ki, nəticədə rayonun kəndlərinə verilən elektrik enerjisi kəsilib.

Elektrik enerjisi verilişinin dayandırılmasının qabaqlayıcı tədbir olduğu bildirilir. Külək tam sakitləşdikdən sonra briqadalar xətləri yoxlayaraq, enerji verilişi bərpa olunacaq.

Külək, eyni zamanda ayrı-ayrı təsərrüfatlarda tikililərin dam örtüklərinə qismən ziyan vurub.

Bu gün səhər külək nisbətən səngiyib. Rayon mərkəzinə enerji verilişi bərpa olunub.

Gununsesi.info