Azərbaycanlı qız idmançı erməniyə qalib gəldi – VİDEO

  • By admin
  • 27 Mart 2018 18:10

Azərbaycanlı karateçi Gülay İbrahimli 24-25 mart tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə WKF Karate üzrə keçirilmiş beynəlxalq turnirdə çempion olub.

Gununsesi.info xəbər verir ki, turnirdə 17 ölkə idmançıları iştirak edib.

12-13 yaşlılar arasında -47 kq çəki dərəcəsində mübarizə aparan Gülay keçirdiyi üç döyüşün birində erməni idmançısı Kima Norsoyan ilə üzləşib. O, Norsoyan və digər iki rəqibinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Gununsesi.info