
Bu ilin on ayında əhalinin gündəlik istehlak etdiyi məhsulların dəyəri 13.7 faiz bahalaşıb. Ən yüksək bahalaşma ərzaq məhsullarında müşahidə edilir.
Gununsesi.info xəbər verir ki, Dövlət Statistika Komitəsinin göstərdiyi rəqəmlərdə bu sahədə bahalaşmanın 17.6 faiz olduğu deyilir. Qeyri-ərzaq məhsullarının qiymətləri 12,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 9,6 faiz artıb.
Məhz bu bahalaşma nəticəsində əhalinin gəlirlərinin böyük hissəsi gündəlik istehlak məhsullarına yönəlib. Statistikaya görə, cari ilin yanvar-oktyabr aylarında əhalinin gəlirlərinin 85.3 faizi son istehlka məshullarına yönəlib ki, bu da indiyədək əni yüksək hədd hesab olunur. Beynəlxalq göstəricilərdə əhalinin gündəlik xərcləri gəlirlərini 50 faizi keçərsə, bu, həmin ölkədə yoxsulluq həddinin hökm sürməsinin göstəricisidir. Misal üçün bildirək ki, devalvasiyaya qədər Azərbaycanda bu hədd 60 faiz olub. İndi isə, bu rəqəmin 85.3 faizə çatması, əhalinin ağır yoxsulluq səviyyəsinə düşməsinin göstəricisidir.
Devalvasiyada sonra ölkədə insanların xərcləri kəskin artmasına baxmayaraq, gəlirlərdə ciddi dəyişikliklər yoxdur. Məsələn, bu il bahalaşma iki rəqəmli olduğu halda, gəlirlərdə artımın cəmi 8.2 faiz təşkil edib. Belə ki, bu ilin on ayında ölkə əhalisinin nominal gəlirləri 40.2 milyard manat olub. Gündəlik istehlak məhsullarından əlavə, gəlirlərin digər hissəsi vergilərə, sosial sığorta haqlarına və kredit ödənişləri üzrə faizlərə yönəlib. Ümumi gəlirlərin yalnız 3.6 milyard manatı yığıma yönəlib.
Vüsalə
Gununsesi.info












