Azərbaycan əhalisinin  sayı açıqlanıb

  • By admin
  • 16 İyun 2016 11:15

ehali

 

Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb. Gununsəsi.info Dövlət Statistika Komitəsinin rəsmi internet saytına istinadən  xəbər verir ki, ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 33,6 min nəfər və ya 0,3 faiz artaraq 9 milyon 739,2 min nəfərə çatıb. Əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər olub.

Məlumatda qeyd olunur ki, ölkə əhalisinin 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.

Gununsesi.info