“Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyəti barədə gənclər təşkilatlarının nümayəndələrinə məlumat verilib

  • Müəllif: admin
  • 07 Aprel 2017 08:50

gencler demiryol

Gənclər Təşkilatları Milli Şurası (GTMŞ) fəal gənclərin bir qrupu üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin inzibati binasına məlumat turu təşkil edib.

Gununsesi.info-nun məlumatına görə, şuradan bildiriblər ki, gənclər QSC-nin iş strukturu, şöbələrin fəaliyyəti ilə tanış olublar. Onlara dəmir yolu infrastrukturunun yenilənməsi, yük daşımalarının modernləşdirilməsi istiqamətində görülən işlər, sərnişin daşımaları, habelə gənclərlə birgə reallaşdırılan layihələr barədə məlumat verilib.

GTMŞ-nin baş katibi Leyla İsrafilova tədbirdə çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi inkişaf strategiyası nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC hazırda dünyanın aparıcı ölkələrinin dəmir yolları arasında layiqli yerini tutmaqdadır. Son vaxtlar həyata keçirilən və planlaşdırılan qlobal əhəmiyyətli layihələr çoxşaxəli dəmir yollarının yeni ünvanının – Azərbaycanın önəmini daha da artırır.

Bu layihələrdə gənclərin də rolunu qeyd edən L.İsrafilova Şura ilə QSC arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Gununsesi.info