Azərbaycan dramaturqunun əsəri İstanbul teatrında

  • By admin
  • 01 Sentyabr 2016 13:30

404586509

Tanınmış yazıçı-dramaturq Firuz Mustafanın “Müqəvva” pyesi İstanbuldakı “Oda” teatrında nümayiş olunub.

Gununsesi.info xəbər verir ki, “Müqəvva”nı Türkiyədə rejissor Elçin İmanov (El Çino) səhnələşdirib. Baş rolun ifaçısı Kamalə Kamaldır. Tamaşanın rəssamı Tariyel Əlizadə, müsiqi tərtibatçısı Elçin Emindir.

Psixoloji monodram kimi qələmə alınmış əsərdə coşqun bir həyat yolu keçmiş Qadının keçirdiyi iztirab və əzablarından söhbət açılır. Vaxtilə bir neçə dəfə ailə qursa da öz xoşbəxtliyini tapa bilməyən bu Qadın yaşadığı hissləri evindəki müqəvvaya nağıl etməli olur. Qadına elə gəlir ki, onu bu aləmdə canlı insanlardan daha çox, bu hissiz-duyğusuz müqəvva daha yaxşı anlaya bilər. Tamaşada satira, qrotesk notları da güclüdür. Azərbaycan yazıçısının əsəri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Premyerada bir çox tanınmış simalar, o cümlədən Azərbaycan İstabuldakı Baş konsulluğunun əməkdaşı, konsul Yadulla Paşayev, Azərbaycan Kültür evinin Başkanı Hikmət Elp, “Türk Bir Dev” Tv-nin müdir müavini Mahmud Oral iştirak ediblər.

Türkiyə mətbuatı tamaşa barədə ətraflı informasiyalar dərc edib, radio və televiziya kanalları reportajlar hazırlayıb. Müəllif özü də ilk tamaşada iştirak edib.

Xatırladaq ki, “Oda” teatrı 1990-cı ildən fəaliyyət göstərir. Bu sənət ocağında Kaan Erkam, Levent Tayman, Niyazi Gezer və Beste Hoşses kimi tanınmış sənətkarlar çalışır.

muq

Gununsesi.info