Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı nümunə olmalıdır - səfir

  • By admin
  • 11 İyul 2016 10:53

ellinnn

“Cənubi Qafqaz regionunda Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı digər region dövlətləri üçün bariz nümunə olmalıdır”.

Gununsesi.info xəbər verir ki, bu fikri Azərbaycanın ABŞ-kı səfiri Elin Süleymanov Corctaun Universitetində tələbələr qarşısında çıxışı zamanı deyib. Azərbaycanlı diplomat Ermənistann işğalçışılq siyasəti və qonşu ölkələrə qarşı ərazi iddiası region ölkələrinin daha sıx formada əməkdaşlığına maneçelik törətdiyini təəssüflə qeyd edib: “Bu baxımdan, Ermənistan-Azərbaycan münaqişəsinin regionun inteqrasiyasında ciddi maneə yaradır”.

Tələbələr qarşısında şıxş edən azərbaycanlı diplomat Azərbaycanın enerji siyasəti və Avropanın enerji təhlükəsizliyində rolu barədə danışıb. O, deyib ki, Xəzərin zəngin karbohidrogen ehtiyatlarını dünya bazarlarına açmış “Əsrin müqaviləsi”ndən 20 il sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüskarı olduğu “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsinin Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı, bölgənin ümumi siyasi transformasiyasına təsir etdiyini, əməkdaşlığın daha da inkişaf etdirilməsinə dəstək verdiyini vurğulayıb. “Bunun nəticəsi olaraq, Azərbaycan Cənub və Cənub-Şərqi Avropanın yeni enerji coğrafiyasının formalaşmasının müəllifinə çevrilmiş, Xəzər dənizi ilə Adriatik dəniz arasında fiziki bağlantı yaradılıb. Dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəməri zənciri olan “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan qazını Avropa bazarına nəql etməklə yanaşı, regionun enerji infrastrukturunun təkmilləşdirilməsinə və sosial-iqtisadi inkişafına dəstək verəcək” – deyə, diplomat vurğulayıb. Diplomat əlavə edib ki, ABŞ da adıçəkilən layihələrə göstərilən dəstəyin yüksək qiymətləndirildiyini və bu tendensiyanın gələcəkdə də davam etdirilməsinə ümidvar olduğunu bildirib. Eyni zamanda, səfir dünyada gedən proseslər, o cümlədən neft və digər xammal məhsullarının qiymətinin kəskin azalması fonunda Azərbaycanda iqtisadi irəliləyişin təmin olunması istiqamətində hökumət tərəfindən görülən tədbirlərdən, o cümlədən biznes və investisiya mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlardan söhbət açıb. Bildirib ki, biznes fəaliyyəti üçün lisenziyalar verən qurumların və lisenziyaların sayı azaldılıb, gömrük və vergi proseduraları sadələşdirilib, dövlət qurumlarının özəl sektorda apardığı yoxlamalar məhdudlaşdırılıb, “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti genişləndirilib. “İqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunda ixracın stimullaşdırılması və idxaldan asılılığın azaldılmasının prioritet olduğu və bu istiqamətində, xüsusən kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, turizm, nəqliyyat və logistika xidmətləri və digər sahələrdə ABŞ şirkətləri ilə əməkdaşlıq üçün geniş imkanlar yaradılıb” – deyə, o, vurğulayıb. Səfir həmçinin şərq-qərb və şimal-cənub beynəlxalq dəhlizlərin qovşağında yerləşən Azərbaycanın regionun digər ölkələrinin bazarlarına çıxış üçün əlverişli coğrafi mövqeyə malik olduğunu söyləyərək və regionun ticarət-tranzit potensialının artırılması ilə bağlı həyata keçirilən layihələrdən, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Ələt qəsəbəsində inşa edilən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haqqında danışıb. Diplomat Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımlardan birinin məhz tarixi İpək Yolunun canlandırılması olduğunu deyən səfir bu layihələrin reallaşdırılması ilə Asiyadan Avropaya və əksinə yük daşımaların dəniz yolu ilə müqayisədə daha qısa və sərfəli olacağını vurğulayıb.

Gununsesi.info